» » Şəmkirdə azərbaycanlı dueli

Şəmkirdə azərbaycanlı dueli

Bölmə: Idman
Şəmkirdə azərbaycanlı dueliVüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq superturnirində 6-cı turun görüşləri baş tutub.

Kəpəz TV (Region TV) xəbər verir ki, günün əksər oyunlarında qalib müəyyənləşməyib. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Uesli Soyla, Rauf Məmmədov Vişvanatan Anandla sülh bağlayıb. Maykl Adams Maksim Vaşye-Laqrav, Aniş Qiri Maqnus Karlsen duellərində də şahmatçılar xalları yarı bölüblər. Turun maraqla gözlənilən Vladimir Kramnik - Fabiano Karuana qarşılaşmasında isə italyan iti zəka sahibi sabiq dünya çempionunu ağ bayraq qaldırmağa məcbur edib.

23 aprel

VI tur

Uesli So (ABŞ, 2788) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2658) – Vişvanatan Anand (Hindistan, 2791) - 0,5:0,5
Maykl Adams (İngiltərə, 2746) - Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2790) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2783) - Fabiano Karuana (İtaliya, 2802) - 0:1

“Shamkir chess 2015”də 7-ci tur çərçivəsində Azərbaycan dueli yaşanacaq.

Kəpəz TV (Region TV) xəbər verir ki, “Shamkir chess 2015”də 7-ci tur çərçivəsində Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər. Turun maraqla gözlənilən görüşündə sabiq dünya çempionu Vladimir Kramnik Maqnus Karlsenlə qarşılaşacaq. Digər oyunlarda Vişvanatan Anand Maykl Adamsın, Maksim Vaşye-Laqrav Aniş Girinin, Fabiano Karuana Uesli Sonun zəkasını yoxlayacaq. Yarışda turnir cədvəlinə 4.5 xalla yenə Karlsen başçılıq edir. Onun ən yaxın izləyicisi 4 xala malik Uesli Sodur. Aktivində 3.5 xalı olan Anand ilk üçlüyü bağlayır. Karuana və Məmmədyarov 3 xalla 4-cü - 5-ci yerləri bölüşdürürlər. Kramnik, Giri, Məmmədov və Vaşye-Laqrav 2.5 xalla 6-cı 9-cu pillələrdə qərarlaşıblar. 2 xalı olan Adams sonuncudur.

24 aprel

VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Rauf Məmmədov (Azərbaycan, 2658)
Vladimir Kramnik (Rusiya, 2783) - Maqnus Karlsen (Norveç, 2863)
Vişvanatan Anand (Hindistan, 2791) - Maykl Adams (İngiltərə, 2746)
Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Aniş Giri (Hollandiya, 2790)
Fabiano Karuana (İtaliya, 2802) - Uesli So (ABŞ, 2788)
Turnir cədvəli: Karlsen – 4,5 xal; So – 4; Anand – 3,5; Məmmədyarov, Karuana - 3; Kramnik, Giri, Məmmədov, Vaşye-Laqrav - 2,5; Adams – 2.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler