» » Avropa Oyunlarının məşəli Atəşgahda yandırılıb, 48 gün gəzəcək

Avropa Oyunlarının məşəli Atəşgahda yandırılıb, 48 gün gəzəcək

Bölmə: Idman
Avropa Oyunlarının məşəli Atəşgahda yandırılıb, 48 gün gəzəcək “İdman tarixinə yazılacaq Avropa Oyunlarına iki aydan az vaxt qalıb. Hər kəs bunun ölkəmizdə keçirilməsi ilə fəxr edir”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015-in Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov deyib.

Avropa Oyunlarının məşəlinin və xəritəsinin təqdimat mərasimində çıxış edən gənclər və idman naziri bununla bağlı geniş məlumat verib: “Aprelin 26-sı məşəl estafetinin ilk günü olacaq. Atəşgah Məbədində yandırılıb, 48 gün gəzəcək. Bununla bağlı hər şey artıq hazırdır. Təşkilat Komitəsinin qərarına əsasən, məşəl SOCAR-ın dəstəyi ilə Bakıya çatmamış 5500 km məsafəni qət edəcək. 66 sm hündürlüyü olan məşəl Bakı-2015 ruhuna tam uyğundur. Başlığında 50 xüsusi element yer alıb ki, bu da iştirakçıları əks etdirir. Estafetdə 1000-dən çox məşəlçi, 130-dan artıq maşın olacaq. Məşəl yerin altında metro, üstündə maşın, fayton və atla, suda qayıqla, göydə isə təyyarə ilə aparılacaq. Məşəli YAPAT-la birgə Sebastian Berqne dizayn edib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler