» » "Mançester Siti" 5 futbolçusuna qapını göstərdi

"Mançester Siti" 5 futbolçusuna qapını göstərdi

Bölmə: Idman
"Mançester Siti" 5 futbolçusuna qapını göstərdi"Mançester Yunayted"ə məğlub olmaqla (1:4) çempionluq yarışından kənarda qalan "Mançester Siti"nin mövsümün sonunda bir neçə futbolçu ilə yollarını ayıracağı bildirilir.

qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi Yaya Ture və Samir Nəsrini transferə çıxarıb.

Komanda adı çəkilən futbolçular üçün gələcək təklifləri dəyərləndirəcəyini açıqlayıb. Ture və Nəsri ilə yanaşı, mövsümün sonunda klubla müqaviləsi başa çatacaq Ceyms Milnerə də yeni sözləşmə təklif olunmayıb. Aleksandr Kolarov və Edin Dzeko da komandadan gedəcək futbolçular sırasındadır.

Qeyd edək ki, "Mançester Siti"nin Premyer Liqada ən azı Çempionlar Liqasına vəsiqə verən 4-cü pilləni tutmayacağı təqdirdə baş məşqçi Manuel Peleqrininin mövsümün sonunda komandadan ayrılacağı iddia edilir. "Mançester Siti"nin baş məşqçi vəzifəsinə namizədlər sırasında Rafael Benitez və Pep Qvardiola var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler