» » Qurban Qurbanov üçün özəl gün

Qurban Qurbanov üçün özəl gün

Bölmə: Idman
Qurban Qurbanov üçün özəl günBu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ad günüdür.

Xalqinfo.az qol.az-a istinadən xəbər verir ki, 1972-ci ilin bu günündə Zaqalatada dünyaya gələn Q.Qurbanov 43 yaşını qeyd edir.

Q.Qurbanov futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın", "Turan" Tovuz, "Kür-Nur", "Neftçi", "İnter" (Bakı), Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo", "Fakel", "Baltika, "Volqa" klublarında çıxış edib.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub.

Q.Qurbanov 2006-2008-ci illərdə "Neftçi"də baş məşqçi və idman direktoru vəzifələrində çalışıb. 2008-ci ildən indiyə kimi "Qarabağ"ın baş məşqçisidir. O, Ağdam klubu ilə bir dəfə Azərbaycan Kubokunun qalibi olub, bir dəfə Azərbaycan çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Q.Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

43 yaşının tamam olması münasibəti ilə Q.Qurbanovu təbrik edir, ona işlərində daha böyük uğurlar arzulayırıq!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler