» » Azərbaycanlı xanım gimnast beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanlı xanım gimnast beynəlxalq turnirdə bürünc medal qazanıb

Bölmə: Idman
Azərbaycanlı xanım gimnast beynəlxalq turnirdə bürünc medal qazanıbAzərbaycanın xanım gimnastı Ayşən Bayramova İtaliyanın Pesaro şəhərində Dünya Kuboku ilə yanaşı keçən bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.

trend-in məlumatına görə, gürzlərlə çıxış edən A.Bayramova 3-cü yerdə qərarlaşıb, 1-ci və 2-ci yerləri isə Rusiya və Belarus gimnastları bölüşüblər. Komanda yoldaşı Zeynep Çelep isə komanda hesabında 3-cü yerin bir neçə addımlığında dayanıb.

İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə çıxışlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıb.

Bununla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış ediblər. Hər 4 finala çıxmağa müvəffəq olan M.Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında dayanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler