» » Şahmatçılarımız "Dubay Open" beynəlxalq şahmat turnirində iştirak edirlər

Şahmatçılarımız "Dubay Open" beynəlxalq şahmat turnirində iştirak edirlər

Bölmə: Idman
Şahmatçılarımız "Dubay Open" beynəlxalq şahmat turnirində iştirak edirlərmilli.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 17-ci Dubay Open beynəlxalq şahmat turnirində 3 turun oyunlarına yekun vurulub.

Turnirin liderləri sırasında olan Qədir Hüseynov 3-cü turda da qələbə silsiləsini davam etdirib. Ermənistan şahmatçısı Hovik Hayrapetyanı məğlub edən Hüseynov aktivinə 3 xal yazaraq 1-10-cu yerləri bölüşdürür. Eltac Səfərli isə Misir təmsilçisi Mahmoud Abou El Zeyn üzərində qələbə qazanıb. Xəyalə Abdulla almaniyalı Birger Venzelini məğlub edib. Günay Məmmədzadə hindistanlı İnakio Rodriqeslə, Zeynəb Məmmədyarova isə Türkmənistan şahmatçısı Mirad Babaliyevlə sülh bağlayıb. Zaur Məmmədov 3-cü turda ilk məğlubiyyətini yaşayıb. Məmmədovu Fransa təmsilçisi Andrey İstratesku məğlub edib. Nərmin Məmmədova isə hindistanlı Prasad Anula xal qazandırıb. Bu turda digər məğlubiyyəti Nail Bəşirli yaşayıb.

Beləliklə, 3 turdan sonra Qədir Hüseynov 3 xal, Eltac Səəfərli, Zaur Məmmədov, Xəyalə Abdulla 2 xal, Nail Bəşirli , Zeynəb Məmmədyarova, Günay Məmmədzadə 1.5 xal və Nərmin Məmmədova 2 xal toplayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler