» » Futbol tarixində görünməmiş hadisə-

Futbol tarixində görünməmiş hadisə- Foto+ Video

Bölmə: Idman
Futbol tarixində görünməmiş hadisə-
Türk futbol tarixində görünməmiş hadisə baş verib.

ans press-in məlumatına görə, azarkeşlər "Torku Konyaspor"la "Kasımpaşa" arasında baş tutan matçda qəribə hadisəyə şahid olublar.

Belə ki, qarşılaşmanın 19-cu dəqiqəsində qonaq komandanın futbolçusuna qarşı kobudluq edilib və nəticədə Ryan Babel yerdə qalıb. "Torku Konyaspor"lu oyunçular topun taca atılmasını gözlədiyi bir vaxtda rəqib komandanın futbolçusu topu tora göndərib.

Qoldan sonra "Torku Konyaspor"lu oyunçular "Kasımpaşa"lı oyunçu Donk və matçın hakiminə etiraz ediblər. Meydançada mübahisə başlayıb, hətta "Kasımpaşa" baş məşqçisi Şota Arveladze də oyuna müdaxilə edilib. Baş məşqçi futbolçularına oyun başladıqdan sonra qol buraxmalarını tapşırıb.

Oyuna mərkəzdən başlayan "Torku Konyaspor" futbolçuları rəqib komandanın boş qapısına qol vurublar. Bununla da oyunda dava çıxmasının qarşısı alınıb.

Futbol tarixində görünməmiş hadisə-
Futbol tarixində görünməmiş hadisə-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler