» » İlham Əliyev xanımı ilə avtobus deposunda

İlham Əliyev xanımı ilə avtobus deposunda

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev xanımı ilə avtobus deposundaPrezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.


Xalqinfo.az qafqazinfo-a istinadən xəbər verir ki, dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib. İlham Əliyev Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.

Sonra Prezident və xanımı ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxıblar. İlham Əliyevə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.

Daha sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler