» » Güləşçilərimiz İrandan 9 medalla qayıdırlar

Güləşçilərimiz İrandan 9 medalla qayıdırlar

Bölmə: Idman
Güləşçilərimiz İrandan 9 medalla qayıdırlarİran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından trend-ə verilən məlumata görə, turnirdə iştirak edən sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb.
Qazanılan medallardan 1 qızıl və 1 bürünc yunan-Roma güləşçilərimizin hesabındadır. Məhəmmədəli Həsənli (58 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. Ceyhun Nəsirov (63 kq) isə bürünc medal qazanıb.

Sərbəst güləş yığmamızın üzvləri isə turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalları yığmamıza Şahin Muxtarov (42 kq), Əliabbas Rzazadə (50 kq) və Əhliman Quliyev (76 kq) qazandırıb. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq) və Ravil Babazadə (76 kq) isə turnirin bürünc mükafatına sahib olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler