» » Sabah Azərbaycanda buzadırmanma çempionatı başlayır

Sabah Azərbaycanda buzadırmanma çempionatı başlayır

Bölmə: Idman
Sabah Azərbaycanda buzadırmanma çempionatı başlayırYanvar 31-i və fevral 1-i Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionata Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları qatılacaq.


Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler