» » İtaliyada futbolçu itkin düşdü

İtaliyada futbolçu itkin düşdü

Bölmə: Idman
İtaliyada futbolçu itkin düşdü"İnter"in və İtaliya millisinin hücumçusu Pablo Osvaldo itkin düşüb.

Xalqinfo.az publika.az-a istinadən xəbər verir ki, iki gündür, klubun məşqlərinə qatılmayan futbolçudan heç bir məlumat yoxdur.

Sonuncu dəfə sosial şəbəkədə İspaniyaya getdiyini yazan futbolçu, həftə sonu "Espanyol"un şərəfini qoruyan dostu Kristian Alvareslə şəklini paylaşmışdı. Lakin daha sonra futbolçudan heç bir xəbər alınmayıb.

İtalyan futbolçu "Sauthempton"da çıxış edərkən də bu cür hərəkətlə yadda qalmışdı. "Müqəddəslər"in sırasını icazəsiz tərk edərək iki həftə məşqlərə çıxmadığına görə "ağ-qırmızılar" onunla müqaviləni pozmuşdular.

Cari mövsümü icarə əsasında “İnter”də keçirən argentina əsilli futbolçu A seriyasında 12 oyuna çıxıb və aktivində 5 qol var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler