» » Roberto Karlosun yeni klubunda ilk transferləri

Roberto Karlosun yeni klubunda ilk transferləri

Bölmə: Idman
Roberto Karlosun yeni klubunda ilk transferləriTürkiyənin "Akhisar Belediyespor" klubu Roberto Karlosun dönəmində ilk transferlərini reallaşdırıb.

Xalqinfo.az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis 2 portuqaliyalı futbolçunu "Akhisar"a gətirib. Bunlar "Sporting"in keçmiş yarımmüdafiəçisi Kuştodio və dünən "West Ham United"dən ayrılan Rikardo Vaş Tedir. Kuştodio ilə 1.5 illik müqavilə imzalanıb. Vaş Te isə mövsümün sonuna kimi "Akhisar Belediyespor"un şərəfini qoruyacaq.

Qeyd edək ki, 31 yaşlı Kuştodio "Dinamo Moskva", "Vitoria Guimaraes" və "Braga" klublarında da çıxış edib. 28 yaşlı Vaş Te isə 2012-ci ildən "West Ham"in formasını geyinirdi. O, London klubunun heyətində çıxdığı 50 oyunda rəqib qapılarını 17 dəfə dəqiq nişan alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler