» » Rövnəq Abdullayev və Blatter bir arada –

Rövnəq Abdullayev və Blatter bir arada – Fotolar

Bölmə: Idman, BLOK XƏBƏR
Rövnəq Abdullayev və Blatter bir arada – Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.


Xalqinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə 2014-cü il ərzində Azərbaycan futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər, inşası başa çatmaqda olan Bakı Olimpiya Stadionunun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib, stadionun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub. FIFA prezidenti AFFA rəhbərliyinin məlumatını dinlədikdən sonra görülən işlərdən məmnunluğunu bildirib.

Görüşdə FIFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Nikolas Meynqot, FIFA-nın Avropada futbolun inkişafı üzrə Proqramının meneceri Yeva Paskue, FIFA prezidentinin assistentləri Edvard Braun və Qay-Filipp Matye, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunun 2011-ci il iyunun 6-da keçirilmiş təməlqoyma mərasimində Respublika Prezidenti İlham Əliyev, FIFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirak etmişdi.

Rövnəq Abdullayev və Blatter bir arada – Rövnəq Abdullayev və Blatter bir arada – Rövnəq Abdullayev və Blatter bir arada – Rövnəq Abdullayev və Blatter bir arada – Rövnəq Abdullayev və Blatter bir arada –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler