» » Avropa Oyunlarında gözdən əlillər də iştirak edəcək

Avropa Oyunlarında gözdən əlillər də iştirak edəcək

Bölmə: Idman
Avropa Oyunlarında gözdən əlillər də iştirak edəcək İlk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarında gözdən əlil idmançılar da iştirak edəcək.

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyindən axar.az-a verilən məlumata görə, gözdən əlil idmançılar arasında cüdo yarışı bir gün ərzində keçiriləcək. Yarışlarda 90 kiloqramdan artıq çəki dərəcəsi kateqoriyasına daxil olan kişi idmançılar və 57 kiloqram çəki dərəcəsinə qədər olan kateqoriyaya daxil edilən qadın idmançılar medallar uğrunda mübarizə aparacaqlar.

Kişilərin turnirində ölkəmizi 2004-cü il Afina Paralimpiya Oyunlarında, 2008-ci il Pekin Paralimpiya Oyunlarında iki qızıl medal və 2012-ci il London Paralimpiya Oyunlarında bürünc medal qazanmış idmançımız İlham Zəkiyev təmsil edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler