» » "Platini ilə aramda problem yoxdur"

"Platini ilə aramda problem yoxdur"

Bölmə: Idman
"Platini ilə aramda problem yoxdur"2014-cü ilin ən yaxşı futbolçusu seçilən "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldu UEFA prezidenti Mişel Platini ilə aralarında problem olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Xalqinfo.az qol.az-a istinadən xəbər verir ki, "France Football"a danışan portuqaliyalı futbolçu Platini ilə heç bir problem yaşamadığını deyib:

"Platini ilə aramızda heç bir problem yoxdur. Onun öz fikirləri var və buna hörmətlə yanaşıram. İstənilən halda, "Qızıl top" mükafatı artıq məndədir. Ona görə bu söz-söhbət yersizdir".

Qeyd edək ki, klublararası dünya çempionatının qalibi olan Ronaldu mükafatlandırma zamanı Platini ilə görüşməmişdi. Bundan sonra tərəflər arasında soyuq münasibətlərin olması haqda xəbərlər yayılmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler