» » Bu gün "Qızıl top"un sahibi müəyyənləşir

Bu gün "Qızıl top"un sahibi müəyyənləşir

Bölmə: Idman
Bu gün "Qızıl top"un sahibi müəyyənləşirBu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayacaq.

İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə üç namizəddən biri “Qızıl top”a sahib olacaq.

Bunlar Portuqaliya millisinin və "Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo, Argentina milisinin və “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.

Messi artıq sözügedən mükafatı 4 dəfə (2009, 2010, 2011, 2012) qazanıb. Ronaldo isə 2 dəfə (2008, 2013) dünyanın ən yaxşı futbolçusu seçilib. Noyer isə ilk dəfə bu mükafa sahib ola bilər.

Xatırladaq ki, bu mükafatı sonuncu dəfə K.Ronaldo qazanıb.

Bundan əlavə tədbirdə ilin rəmzi komandası, ilin ən yaxşı qolu, qadınlar arasında ilin ən yaxşı futbolçusu, və ilin ən yaxşı baş məşqçisinin də adı elan ediləcək. /qol.az/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler