DataLife Engine > GÜNDƏM > Muxalifət Xocalı yürüşündə gərginlik yaratdı -

Muxalifət Xocalı yürüşündə gərginlik yaratdı -


26-02-2019, 13:13. Yerləşdirdi: Tural Muxalifət Xocalı yürüşündə gərginlik yaratdı -




Müsavat Partiyasının rəhbərliyi və sıravi üzvləri ilə polis arasında gərginlik yaşanıb.

Musavat.com xəbər verir ki, minlərlə insanın qatıldığı Xocalı yürüşünün maneəsiz davam etməsi üçün bu il, xüsusi hərəkət trayektoriyası müəyyən edilib.

İstər hökümət, istərsə də dövlət nümayəndələri "Ana harayı" abidəsinin ətrafında dövr edib, əllərindəki qərənfilləri abidənin qarşısında nəzərdə tutulan yerə qoyurlar. Müsavat Partiyasının funksionerləri isə ziyarətləri zamanı yeni hərəkət qaydasına etiraz edərək, yerə düzülmüş qərənfillərin üzərindən adlayaraq, "Ana harayı" abidəsinə yaxınlaşmaq istəyiblər.

Partiya funksionerlərinə yürüş qaydaları izah olunsa da, onlar bununla razılaşmayıb, abidəyə tərəf hərəkət etmək istəyiblər. Əraziyə polis əməkdaşları cəlb edilib. Qısa gərginlik yaşadıqdan sonra, partiya üzvləri qoyulan qaydalarla ziyarətlərini davam etdiriblər.




Geri qayıt