DataLife Engine > GÜNDƏM > Nazirliyin ləğvi səbəbi:

Nazirliyin ləğvi səbəbi:


15-01-2019, 13:21. Yerləşdirdi: Tural Nazirliyin ləğvi səbəbi:




Yeni yaradılan Azərsilah ASC-nin üzərinə çox böyük vəzifə qoyulub. Onlar dünyada əjdaha olan hərbi sənaye kompleksinə malik olan ölkələrlə rəqabət aparmalıdır.

Bu sözləri Axar.az-a Müdafiə Sənayesi nazirliyi ləğv edilməsinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, Müdafiə Sənayesi Nazirliyi yarananda qarşıya başqa vəzifələr, tapşırıqlar qoyulmuşdu:

“İndi isə çevik idarəetməni həyata keçirmək üçün bu addım atıldı. Prezident İlham Əliyev eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Bu qərarın çox yerində olduğunu düşünürəm və davamının gəlməsini arzulayıram”.

Ü.Cəfərov vurğulayıb ki, yeni yaradılan Azərsilah ASC, adından göründüyü kimi, Azərbaycan brendi olan silah-sursat istehsal edəcək:

“Həmin silah-sursatlar Azərbaycanı beynəlxalq sərgilərdə, tədbirlərdə təmsil edəcək. Düşünürəm ki, indiyə qədər Müdafiə Sənayesi Nazirliyində xeyli təcrübə toplamış mütəxəsislərimiz ortaya yeni nəticələr qoyacaq.

Azərbaycan mütəxəsisləri qısa bir müddətdə Müdafiə Sənayesi Nazirliyi xətti ilə çox gözəl işlərə imza atdılar və bunların da davamı “Azərsilah” və digər qurumların fəaliyyətində özünü göstərəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün verdiyi fərmanla Müdafiə Sənayesi nazirliyi ləğv edilib. Nazirliyin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Geri qayıt