Zakir Qaralov 6 rayon sakinini qəbul edəcək
9-01-2019, 14:45. Yerləşdirdi: Tural
Azərbaycanın baş prokuroru Zakir Qaralov vətəndaşlarla görüşəcək.
Baş Prokurorluqdan “Xalqinfo”ya verilən məlumata görə, yanvarın 18-də saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayon sakinləri qəbul ediləcək.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Geri qayıt