DataLife Engine > GÜNDƏM > Koçaryanın tərəfdarları Yerevanda aksiyalara başladı -

Koçaryanın tərəfdarları Yerevanda aksiyalara başladı -


11-12-2018, 18:28. Yerləşdirdi: sefa Koçaryanın tərəfdarları Yerevanda aksiyalara başladı -
Yerevanda Respublika meydanında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları aksiya keçirir.

Xalqinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bundan əvvəl “Prezidentə azadlıq” təşəbbüs qrupu dekabrın 11-dən etibarən Koçaryanın müdafiəsi üçün piket və mitinqlərə başlayacaqlarını elan etmişdi.

Qeyd edək ki, dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi Robert Koçaryan barəsində həbs qətimkan tədbirini bərpa edib.


Geri qayıt