DataLife Engine > GÜNDƏM > Müstəntiqlər qrupu yüksək vəzifəli korrupsionerin dalınca təcili Bakıya gəlir

Müstəntiqlər qrupu yüksək vəzifəli korrupsionerin dalınca təcili Bakıya gəlir


5-12-2018, 16:04. Yerləşdirdi: Tural Müstəntiqlər qrupu yüksək vəzifəli korrupsionerin dalınca təcili Bakıya gəlir




05.12.2018, 15:34 GÜNDƏM
Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun ekstradisiyası ilə bağlı prosedur məsələlərinin aparılması üçün Bişkekdən Bakıya ən yaxın günlərdə müstəntiqlər qrupu göndəriləcək.



Virtualaz.org xəbər verir ki, bu barədə iqtisadi cinayətlərlə mübarizə üzrə Dövlət Xidmətindən bildiriblər.



Dövlət Xidmətindən təsdiq ediblər ki, eks yüksək vəzifəli məmur Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.



Adamkul Junusov Qırğızıstanın Maliyyə Polisi tərəfindən 2018-ci ilin avqustunda İnterpol xətti ilə axtarışa verilib. Onun barəsində vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi qaldırılıb. İstintaqın versiyasına görə Junusov Dövlət Gömrük Xidmətinin sədri olarkən gömrüyün yüksək vəzifəli məmurları və “A.” MMC-nin nümayəndələri ilə “dayanıqlı korrupsiya əlaqələri” qurub, bu yolla dövlətə 166 milyon som ziyan vurub.



Qırğız mənbələrində göstərilir ki, Adamkul Junusov təcrübəli dövlət məmuru olub, 2013-cü ilin apelindən 2016-cı ilin aprelinə qədər Dövlət Gömrük Komitəsinə rəhbərlik edib. Həmin ilin iyulunda Junusovu Avrasiya İqtisadi Komissiyasının energetika və infrastruktur məsələləri üzrə “naziri”, yəni Kollegiya üzvü təyin ediblər.



Hərçənd ixtisasi həkim-pediatrdır və bütün karyerasını gömrük işində keçirib. 2018-ci ilin ortalarında Junusov Avrasiya İqtisadi Birliyi hökumətindəki vəzifəsindən çıxarılıb və barəsində cinayət işi qaldırılıb.



Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.
Geri qayıt