DataLife Engine > GÜNDƏM > Neçə nəfər fəxri adlara görə təqaüd alır?

Neçə nəfər fəxri adlara görə təqaüd alır?


20-11-2018, 18:22. Yerləşdirdi: Tural Neçə nəfər fəxri adlara görə təqaüd alır?





Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2018-ci il oktyabrın 1-nə Azərbaycanda 217 nəfər “Xalq” fəxri adına görə, 2826 nəfər “Əməkdar” fəxri adına görə təqaüd alıb.

Hazırda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adları üçün aylıq təqaüdün məbləği 150 manatdır.

Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manat təqaüd müəyyən edilib.
Geri qayıt