DataLife Engine > GÜNDƏM > Günay Musayevanın çəkildiyi türk serialı dayandırıldı -

Günay Musayevanın çəkildiyi türk serialı dayandırıldı -


2-12-2014, 16:47. Yerləşdirdi: Tural Günay Musayevanın çəkildiyi türk serialı dayandırıldı -
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın baş rollarından birinə çəkildiyi “Bəyaz qərənfil” serialı yayımını dayandırıb.

ailem.az-ın xəbərinə görə, bu barədə G.Musayeva özünün sosial şəbəkədəki hesabında yazıb: ““Beyaz Karanfil” macəramız sona çatdı. Ümumən gözəl bir iş, möhtəşəm kollektiv idi. Məlum səbəblərdən 6-cı bölümlə ekranlara vidalaşırıq. Zəhmət çəkən, bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, adı çəkilən serial Türkiyənin ATV kanalında yayımlanırdı. Serial Türkiyədə bu sektorda olan rəqabətə dözə bilməyib və reytinqlərdə uduzduğu üçün kanal rəhbərliyi tərəfindən dayandırılıb.

Geri qayıt