DataLife Engine > GÜNDƏM > Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatdı

Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatdı


13-09-2018, 11:15. Yerləşdirdi: sefa Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatdıAvropa İttifaqı Rusiyaya qarşı individual sanksiyaları uzadıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sanksiyalar 2019-cu ilin 15 martına qədər qüvvədə olacaq. Bura dondurulmuş aktivlər və səfər məhdudiyyətləri daxil edilib.

Qeyd edək ki, 2014-cü ilin martında Aİ Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozmaqda ittiham etdiyi rusiya və ukraynalılara qarşı individual sanksiyalar tətbiq edib. O zamandan bəri sanksiyalar müntəzəm olaraq yarım il uzadılır.


Geri qayıt