DataLife Engine > GÜNDƏM > Ermənilər Şuşada yeraltı sığınacaq tikir

Ermənilər Şuşada yeraltı sığınacaq tikir


10-09-2018, 15:02. Yerləşdirdi: sefa Ermənilər Şuşada yeraltı sığınacaq tikirDağlıq Qarabağ erməniləri işğal etdikləri Azərbaycan torpaqlarında tikintiləri davam etdirirlər.

Xalqinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu dəfə onlar işğal altındakı torpaqlarda aktiv şəkildə yeni yeraltı sığınacaqların inşası həyata keçirilir.

Belə ki, qondarma “DQR-in dövlət naziri” Qriqori Martirosyanın Şuşaya səfəri zamanı ona şəhərdə 10 yeni sığınacağın inşa olunması barədə hesabat verilib. Həmin sığınacaqlar kilsə, yaşayış binaları və yerli “icra hakimiyyəti”nin zirzəmisində düzəldilib.


Geri qayıt