DataLife Engine > GÜNDƏM > Erməni baş nazir stilistini özünə köməkçi təyin edib

Erməni baş nazir stilistini özünə köməkçi təyin edib


10-09-2018, 16:50. Yerləşdirdi: sefa Erməni baş nazir stilistini özünə köməkçi təyin edibErmənistanın baş naziri Nikol Paşinyan ailə stilistini özünə köməkçi təyin edib.

Xalqinfo.az erməni KİV-nə istinadən xəbər verir ki, məlumatı baş nazirin mətbuat xidməti də təsdiqləyib.

Yerli KİV-in yazdığına görə, stilist Sofiya Navasardyan bu vəzifəyə rəsmi səfərlərdə Paşinyanın həyat yoldaşının imici ilə məşğul olması üçün təyin edilib.

Baş nazirin mətbuat katibi bildirib ki, Navasardyan baş nazirin köməkçisi kimi yenə əvvəlki işi ilə məşğul olacaq. Onun sözlərinə görə, digər ölkələrdə də dövlət başçısının şəxsi stilistinin olması praktikası var.


Geri qayıt