DataLife Engine > GÜNDƏM > Ərdoğan səs itirir: yeni hökumət qurulacaq? -

Ərdoğan səs itirir: yeni hökumət qurulacaq? -


21-01-2018, 10:39. Yerləşdirdi: sefa Ərdoğan səs itirir: yeni hökumət qurulacaq? - Son vaxtlar Türkiyədə keçirilən sorğularda Ərdoğanın partiyasının səs itirdiyi müşahidə edilir. Bundan xüsusilə yeni yaradılan İYİ Partiyası və HDP faydalanır. Maraqlıdır, növbəti seçkilərdə biz Türkiyədə koalisiya hökumətinin qurulduğunu görə bilərikmi?

Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Arzu Nağıyev bildirib ki, birmənalı şəkildə FETÖ ilə mübarizədən sonra Tükiyədə MHP-nin AKP ilə birgə çıxış etməsi və digər məsələlər göstərir ki, növbəti seçkilərdə yenə də Ərdoğanın rəhbərlik etdiyi AKP iqtidarda olacaq:

“İddialara baxmayaraq, Türkiyədə mövcud olan partiyaların koalisiya hökumətini yaratmasında şansları çox azdır. Ümumiyyətlə, koalisiya hökuməti yaransa, yəqin ki, Millətçi Partiya ilə yarana bilər”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, növbəti seçkilərdən sonra koalisiya hökumətinin qurulmasına inanmır:

“Çünki hazırda Türkiyədə Ədalət və İnkişaf Partiyasının reytinqi yüksəkdir. Hətta MHP də son zamanlar hakim partiya ilə çox yaxınlaşıb. Gələn xəbərlərə görə, hətta bu iki partiyanın birləşəcəyinin də mümkünlüyü vurğulanır. Bu, Ədalət və İnkişaf Partiyasının gücünə bir az da güc qatacaq”.

Politoloq qeyd edib ki, yeni yaradılan İYİ Partiyasının isə böyük iddiaları olmasına baxmayaraq, seçkilərdə ciddi səs qazanacağı proqnozlaşdırılmır:

“Amma bütün hallarda bu gedişatla Türkiyədə növbəti seçkilərdə Ədalət və İnkişaf Partiyasının böyük səs çoxluğu ilə yenidən hökumət quracağını düşünürəm”.
Geri qayıt