DataLife Engine > GÜNDƏM > Silahlı Qüvvələrdə qanunların icrasına prokurorluq nəzarət edəcək

Silahlı Qüvvələrdə qanunların icrasına prokurorluq nəzarət edəcək


13-12-2017, 16:40. Yerləşdirdi: sefa Silahlı Qüvvələrdə qanunların icrasına prokurorluq nəzarət edəcək  Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti prokurorluq orqanları həyata keçirəcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsində qeyd edilib.

Belə ki, yeni qanun layihəsinin 15-ci maddəsinin (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) 15.3-cü bəndində qeyd edilib ki, Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirəcək.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında ikinci oxunuşda müzakirə ediləcək.
Geri qayıt