DataLife Engine > GÜNDƏM > Bələdiyyələrə yeni səlahiyyət verilir -

Bələdiyyələrə yeni səlahiyyət verilir -


12-12-2017, 11:57. Yerləşdirdi: sefa Bələdiyyələrə yeni səlahiyyət verilir -
Bələdiyyə yollarında avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq.

Xalqinfo.az-ın məlumatına görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinin 1.6-cı bəndinə əlavələr təklif edilir.

Belə ki, maddədə yerli büdcənin gəlirləri sırasına bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait də əlavə kimi təklif edilir.

Qanuna dəyişiklik Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Geri qayıt