DataLife Engine > GÜNDƏM > Abid Şərifov “cəzalanacaq” dedi, Akif Əli isə...

Abid Şərifov “cəzalanacaq” dedi, Akif Əli isə...


22-09-2017, 17:13. Yerləşdirdi: sefa Abid Şərifov “cəzalanacaq” dedi, Akif Əli isə...
Nazirlər Kabinetinin yeni struktur dəyişikliyinə əsasən bəzi şöbə müdirləri başqaları ilə əvəzlənsə də, bu yaxınlarda qalmaqallı açıqlamaları ilə gündəmə gələn Akif Əli vəzifəsində qalıb.

Xalqinfo.az xəbər verir ki, bu gün “Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) Aparatının strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanına əsasən həyata keçirilən struktur islahatları başa çatıb.

Dəyişikliyə görə, bir müddət öncə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə haqqında “fındıqbaş”, “balqabaqbaş” ifadələrini işlədən və Baş nazirin müavini Abid Şərifovun cəzalandırılacağını söylədiyi Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifəsini icra etməyə davam edəcək.
Geri qayıt