DataLife Engine > GÜNDƏM > “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı təsdiqləndi

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı təsdiqləndi


15-09-2017, 17:45. Yerləşdirdi: sefa “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Xalqinfo.az xəbər verir ki, sərəncamın icrası Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Nazirlik Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Bu baxımdan Proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, ölkədə könüllülük hərəkatının stimullaşdırılması, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin olunması və gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
Geri qayıt