DataLife Engine > GÜNDƏM > Qubernatordan İlham Əliyevə təşəkkür... -

Qubernatordan İlham Əliyevə təşəkkür... -


23-08-2017, 20:31. Yerləşdirdi: sefa Qubernatordan İlham Əliyevə təşəkkür... -
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov avqustun 23-də bu ölkədə azərbaycanlıların sıx məskunlaşdıqları Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

Axar.az xəbər verir ki, səfir Q.Nemsadzenin Kvemo-Kartli bölgəsinin qubernatoru vəzifəsində fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib.

Qubernator Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstanın Borjomi-Xaraqauli qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində göstərilən ilk yardıma görə minnətdarlığını bildirib.

Sonra görüşdə ölkələrimiz, eləcə də ayrı-ayrı regionlarımız arasında əlaqələrin genişləndirilməsi, Kvemo-Kartli bölgəsində yaşayan soydaşlarımızın qayğıları və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Soydaşlarımızın sosial qayğılarının Azərbaycan və Gürcüstan dövlətləri üçün prioritet məsələlərdən biri olduğu vurğulanıb.

Azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə kütləvi mədəni tədbirlərin keçirilməsi və Kvemo-Kartli bölgəsində nəzərdə tutulan digər layihələr müzakirə olunub.

Qubernatordan İlham Əliyevə təşəkkür... -
Qubernatordan İlham Əliyevə təşəkkür... -
Geri qayıt