DataLife Engine > GÜNDƏM > İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi


18-08-2017, 11:32. Yerləşdirdi: sefa İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi
Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə Modern.az-a İspaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Geri qayıt