DataLife Engine > GÜNDƏM > Türkiyədə 15 iyul şəhidlərinin xatirəsinə abidə ucaldılıb

Türkiyədə 15 iyul şəhidlərinin xatirəsinə abidə ucaldılıb


16-07-2017, 15:21. Yerləşdirdi: sefa Türkiyədə 15 iyul şəhidlərinin xatirəsinə abidə ucaldılıb
Türkiyədə 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhd zamanı həlak olanların xatirəsi əbədiləşdirilib.

APA-nın məlumatına görə, 15 iyulda həlak olanların xatirəsinə paytaxt Ankarada abidə ucaldılıb.

Bu gün səhər abidənin açılışı olub. Açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, dövlət və hökumət rəsmiləri, deputatlar, sıravi vətəndaşlar iştirak ediblər.

Mərasimdə çıxış edən Ərdoğan bildirib ki, bu abidə gələcək nəsillərə türk xalqının qəhrəmanlarından bəhs edəcək.

“Onların əlində inamdan başqa heç nə olmayıb. Ancaq onlar təyyarə və tankları dayandırmağı bacardılar. Biz şəhidlərimizi torpağa tapşırsaq da, qəlbimizdə daim yaşayacaqlar. Çevrilişin təşkilatçıları isə təkrar-təkrar ölə-ölə, həbsxana divarları arasında çürüyəcəklər”, - deyə Türkiyə prezidenti qeyd edib.

Qeyd edək ki, abidə Ankarada Prezident Sarayının yaxınlığında ucaldılıb. Abidənin qoyulduğu yerdə 2016-cı ilin 15 iyulunda qiyamçıların aviazərbələri nəticəsində 30 nəfər həlak olub.

Dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı bir neçə gündür ki, Türkiyənin bütün ərazisində kütləvi aksiyalar keçirilir.
Geri qayıt