DataLife Engine > GÜNDƏM > DİM-dən Feysbuk istifadəçilərinə -

DİM-dən Feysbuk istifadəçilərinə -


5-06-2017, 16:49. Yerləşdirdi: Leyla DİM-dən Feysbuk istifadəçilərinə -
Dövlət İmtahan Mərkəzi Feysbuk istifadəçilərinə müraciət edib.

Xalqinfo.az xəbər edir ki, DİM-dən verilən xəbərə görə, aparılan araşdırmalar və qurumun səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər nəticəndə Feysbuk sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi müəyyənləşib.

Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Mərkəz istifadəçilərin nəzərinə çatdırır ki, DİM-in bu səhifədən başqa heç bir rəsmi Feysbuk səhifəsi fəaliyyət göstərmir: "Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta “Facebook” səhifələrindən istifadə etməyəsiniz"

Leyla Həsənova
Geri qayıt