DataLife Engine > GÜNDƏM > Türkiyə parlamentində yumruq davası

Türkiyə parlamentində yumruq davası


11-01-2017, 23:24. Yerləşdirdi: sefa Türkiyə parlamentində yumruq davası

Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Konstitusiyaya dəyişikliklər layihəsi müzakirə edilərkən dava baş verib.

Xalqinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, layihənin 1-ci mərhələsində 3-cü maddənin gizli şəkildə səsverməsi zamanı AKP və CHP-li millət vəkilləri arasında qarşıdurma baş verib.

Belə ki, səsvermə zamanı CHP-li deputat Fatma Kaplan açıq şəkildə səsverən həmkarlarını mobil telefonla çəkməyə çalışıb. Bu zaman AKP-nin Kayseri üzrə millət vəkili Mustafa Elitaş Kaplana mane olmağa çalışıb və onun üzərinə doğru gedib. Bundan sonra isə hər iki partiyanın deputatları arasında dava olub, onlar bir-birini yumruqlamağa başlayıblar.

Gərginliyin artması nəticəsində 3-cü maddənin səsəqoyulması dayandırılıb. Lakin daha sonra maddə qəbul olunub.

Plenar iclasda gizli səsverməyə 485 millət vəkili qatılıb. 341 nəfər maddənin lehinə, 139 nəfər isə əleyhinə səs verib.

Dəyişikliklərə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib, hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməyəcəklər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Türkiyə parlamentində yumruq davası
Türkiyə parlamentində yumruq davası
Geri qayıt