DataLife Engine > GÜNDƏM > III Beynəlxalq Tarix Təhsili Simpoziumunda-

III Beynəlxalq Tarix Təhsili Simpoziumunda-


30-06-2014, 11:45. Yerləşdirdi: Tural III Beynəlxalq Tarix Təhsili Simpoziumunda-
AMEA -dan "Xalqinfo"-ya daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov iyunun 25-dən 27-dək Türkiyənin Sakarya şəhərində keçirilən III Beynəlxalq Tarix Təhsili Simpoziumunda iştirak edib. Türkiyənin Sakarya Universiteti və Sakarya Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi beynəlxalq tədbirə xarici ölkələrin 40-dan çox ali məktəbinin alimləri qatılıb.
Simpoziumda Faiq Ələkbərov "Yeni türk tarixinin fəlsəfi əsasları" adlı məruzəsi ilə çıxış edib. O, məruzəsində yeni türk tarixinin fəlsəfi əsaslarının formalaşmasında alimlərin rolundan danışıb. Bildirib ki, türk tarixi yenidən qiymətləndirilməli, vahid türk millətinin tarixi yazılmalı, türk mədəniyyəti və türk sivilizasiyası Qərb və Şərq mədəniyyətinə və sivilizasiyasına alternativ olaraq irəli sürülməli, türk dövlətlərinin tarixi, türk tarixi fəlsəfəsi, türk fəlsəfəsinin tədrisi zəruri olmalıdır.
III Beynəlxalq Tarix Təhsili Simpoziumunda-
Geri qayıt