» » AFFA Hakimlər Komitəsinin sədri -

AFFA Hakimlər Komitəsinin sədri - cəmiyyəti aldadır

Bölmə: GÜNDƏM

AFFA Hakimlər Komitəsinin sədri -
“Anar Salmanovun FİFA hakimliyindən kənarlaşdırılmasının səbəbkarı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdur”


“34 yaşında istedadlar qrupunda olan ikinci kateqoriyalı hakimi uzaqlaşdırdılar. Anar Salmanov yaxşı hakimdi. Sənin onunla problemin varsa, bu, başqa məsələ. Amma Avropa ona dəyər verirsə, niyə imkan vermirsən irəli getsin?”

Xalqinfo.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında keçmiş FİFA dərəcəli hakim Babək Quliyev deyib.

Onun fikrincə, Anar Salmanovun FİFA hakimliyindən kənarlaşdırılmasının səbəbkarı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdur.

Quliyev Anar Salmanovun bu qədər müddətə Premyer Liqaya təyinat almamasını da anlaya bilmədiyini qeyd edib:

“Avroliqanın qrupuna təyinat almaq üçün mütləq birinci kateqoriyan olmalıdı. Anar Salmanov ikinci kateqoriyalı idi, yeni gələn isə üçüncü kateqoriyadan başlayacaq. Sizcə, hansının qrupa təyinat almaq şansı daha çox idi? 10 gündən sonra hakimlər qruplara bölünəcək. Anar da son oyunların hamısında yaxşı qiymət alıb. Bəlkə ona elə 1-ci kateqoriyanı verəcəkdilər. Dünyanın heç bir yerində yanlış penalti verməyə görə hakimi il yarımlıq cəzalandırmırlar. Uzaqbaşı 10 oyunluq cəza olar. Azərbaycanda Anardan beş-betər səhvlər edən hakimlər var. Amma onlara 4-5 turdan sonra yenə təyinat verirlər. Onun məntiqi ilə yanaşsaq, gərək Miroslav Zelinka hakimlikdən uzaqlaşsın. Amma Zelinkaya yenə oyun verəcəklər.

Yadınıza gəlirsə, 2009-cu ildə Xaqani Məmmədov demişdi ki, 2014-cü ildəki dünya çempionatında Azərbaycan hakimi də olacaq. O günü də deyir ki, 2018-ci ildəki mundialda olacaq. Bu, milləti həyasızcasına aldatmaqdır. İnsan nə qədər həyasız olar? Dünya çempionatında oyun idarə etmək üçün gərək elit kateqoriyan olsun. Sən 2-ci kateqoriyalı hakimi irəli getməyə qoymursan, atırsan mitilini bayıra. Azərbaycan hakimi dünya çempionatına necə getsin? Mənə maraqlı gəlir, AFFA rəhbərliyi onun sözlərinə necə inanır? Anar Salmanovun uzaqlaşdırılması Azərbaycan hakimliyinin bərbad vəziyyətdə olduğunu bir daha sübut edir”.

Məmmədov haqda ittihamlarını davam etdirən Babək Quliyev onu paxıllıqda günahlandırıb:

“Xaqani Məmmədov hakimlik edən dövrdə Tahir Süleymanov ondan güclü idi. “Torbasını tikdi”, “vurdu” onu. Ondan sonra İmanxan Sultaninin başına eyni oyunu açdı. Mənə gəlincə, Avroliqanın qrup mərhələsinə düşmək şansım çox idi. Məni də “vurub” çıxartdı. İndi də Anar Salmanov... Bütün bunlar Xaqani Məmmədovun dövründə olub. Bu adam paxıldı, kin-küdurətlidir. Qara qüvvədir gəlib Azərbaycan hakimliyinə. Bu adam Azərbaycan hakimliyinə mənfi mənada nələr etməyib? Bunu təkcə mən demirəm.

O dövrdə olan hakimlərin hamısı bu düşüncədədir. 2009-cu ildə mən “vurulanda”, mənim də yer aldığım talant qrupundakı hakimlərin hamısı indi Çempionlar Liqası və Avropa Liqasının qrupunda oyunlar idarə edirlər. Həmin dövrdən Cüneyt Çakır, Nikola Ritsoli kimi hakimlər çıxdı. İndi Babək Quliyev də onların arasında olsaydı, Azərbaycan futbolu üçün pis olardı? Mən hələ 6 il öncə bunun düzgün prinsip olmadığını demişdim. Barmağınızla göstərin ki, onun dövründə bir nəfər hakim irəli gedib. İndiyə qədər hansı hakimimiz Avroliqanın qrup mərhələsinə təyinat alıb? Qazaxıstan, Litva, Latviya, Belarusun hakimləri orda var, bir Azərbaycandan heç kim yoxdu. Avropada da mənfi fikir formalaşır. Deməyəcəklər ki, nə oldu, bunlar yenə ikinci dərəcəli hakimi siyahıdan çıxartdılar? Artıq bizə inamları olmur”.

Quliyev son olaraq Xaqani Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasının tərəfdarı olduğunu deyib:

“Bu adam 7 ildi Hakimlər Komitəsinin sədridir. Bu müddətdə hakimliyin irəli getməməsi uğursuzluq deyil? Bu 7 ildə heç bir hakim avrokuboklarda qrupa təyinat almayıbsa, deməli, iş düzgün qurulmayıb. Bu adam "rekordçudur", 7 ildi Hakimlər Komitəsinə başçılıq edir. Yalandan deyir ki, gəncləşdirmə gedir. Cavanlaşdırma belə olmur e. İngiltərədə 50 yaşında hakimlik edənlər var, özü də necə”.

Şərh Yaz

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler