» » Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verildi

Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verildi

Bölmə: GÜNDƏM
Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verildi
Dekabrın 24-də Azərbaycanla Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilib.

"Xalqinfo" xəbər verir ki, körpünün açılış mərasimində Baş Nazirin müavini Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Rusiya tərəfdən isə bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və başqaları iştirak edirlər.

Açılış mərasimində Azərbaycan və Rusiya arasındakı uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Rusiya tərəfi ilə birgə Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın reallaşdırdığı infrastruktur layihələrindən biridir.

Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verildi
Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verildi
Samur çayı üzərindəki yeni avtomobil körpüsü istifadəyə verildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler