» » ““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”

““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”

Bölmə: GÜNDƏM
““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”
Xəbər verdiyimiz kimi, “Kreativ Azərbaycan” portalının (kreativ.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panel müzakirəsi keçirilib.

"Xalqinfo" xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev yaradıcı sənayenin inkişafının müasir texnoloji yeniliklərsiz ötüşmədiyini və nazirliyin bu sahədə həyata keçirdiyi layihələrdən danışıb:

“Hamımıza məlumdur ki, yaradıcı sənayenin inkişafı yüksək texnologiyasız, informasiya texnologiyaları olmadan mümkün deyil. Nazirlik olaraq yaradıcı şəxslər üçün həm infrastrukturun formalaşması, həm də digər şəraitlərin yaradılması bizim birbaşa borcumuzdur. Nazirliyin tərkibində əvvəllər Yüksək Texnologiyalar Parkı mövcud idi. Son struktur dəyişikliklərindən sonra İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Artıq agentlik strukturlaşma işini tam başa çatdırıb. Əsasnaməsi hazırlanıb. Güzəşt və digər məsələlər agentliyin nəzdində olan ərazilərdə tam güzəştlərə sahib olan şərait yaradılıb.

Nazilik bundan başqa,regionda ilk olan təhlükəsizlik və dayanıqlılıq sertifikatına malik olan ən böyük data mərkəzi istifadəyə verib. İnnovasiyalar agentliyi vasitəsilə biz ideyası olan gənclərimizə qrandların verilməsini və güzəştli şərtlərlə kreditlərin verilməsini təmin edirik. Maraqlı haldır ki, bizim gənclərimiz bu məsələ ilə məşğul olan zaman ən ağrılı məsələmiz Qarabağ probleminə də diqqət çəkirlər. İçərişəhər haqqında oyunlar hazırlayırlar. Qarabağ mövzusunda "İşğal altında Şuşa" və "İşğal altında Ağdam" kimi ilk milli oyunlarımız yaradılıb. Bundan başqa, “sonuncu dalan” intellektual oyunu yaradılıb. Qarabağla bağlı oyunlara hazırda dünyanın bir sıra ölkəsindən 130 min nəfər qoşulub. Yutubda 350 min dəfə baxılıb. İçəri şəhər mövzusunda oyuna isə 800 min dəfə baxılıb”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler