» » Oqtay Güləliyev əməliyyatı başa çatdı

Oqtay Güləliyev əməliyyatı başa çatdı

Bölmə: GÜNDƏM
Oqtay Güləliyev əməliyyatı başa çatdı
Avtomobilllə vurulandan sonra ağır vəziyyətdə "City Hospital"a yerləşdirilən hüquq müdafiəçisi Oqtay Güləliyevin əməliyyatı başa çatıb.

"Xalqinfo" xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov sosial şəbəkədə məlumat yayıb.

"Şükürlər olsun ki, əməliyyat uğurlu keçib. İnşallah tezliklə tam sağalıb aramıza qatılacaq. Hal-hazırda reanimasiyaya köçürülüb", - o bildirib.

***
Hüquq müdafiəçisi Oqtay Güləliyev əməliyyata götürülüb. "City Hospital"dan verilən məlumata görə, Oqtay Güləliyev əməliyyata hazırlanıb, ailə üzvləri əvvəlcə əməliyyatın keçirilməsinə razılıq verməyib.

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyi “City Hospital”a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib:

“Onlar Oqtay Güləliyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb”.

Rəsmi məlumata görə, əməliyyatın gedişatı barədə məlumat veriləcək.


Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Güləliyev vurulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülüb.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler