» » Dövlət yanğından mühafizə xidmətinin rəisi:

Dövlət yanğından mühafizə xidmətinin rəisi: "Nəzarət gücləndiriləcək"

Bölmə: GÜNDƏM
Dövlət yanğından mühafizə xidmətinin rəisi:




Əksər ticarət mərkəzləri yanğına qarşı hazırlıqlı deyil. Ticarət obyektlərində əsas problemlərdən biri yanğına qarşı su təchizatının olmamasıdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin rəisi Füzuli Əsədovun sözlərinə görə, çatışmazlıqlar barədə obyekt sahiblərinə dəfələrlə xəbərdarlıq edilib. Ancaq buna məhəl qoyan yoxdur. Prezidentin keçirdiyi müşavirədən sonra ticarət obyektlərinə nəzarət gücləndiriləcək.

"Paytaxda yerləşən əksər ticarət mərkəzlərində yanğından mühafizə sahəsində ciddi problemlər var. Bununla bağlı obyekt sahiblərinə xəbərdarlıq edilməsinə baxmayaraq problem aradan qaldırılmır".

Xalqinfo.az -ın məlumatına görə, bunu xəzər xəbərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib. Onun sözlərinə görə, ticarət obyektlərində əsas problemlərdən biri də yanğına qarşı su təchizatının olmamasıdır.

Füzuli Əsədov ''Diqlas'' ticarət mərkəzində yanğının söndürülməsi zamanı avtomobillərin su təchizatında problemin yaranması ilə bağlı sosial şəbəkələrdə yazılan iddialara da münasibətbildirib.

Qurum rəsmisi onu da bildirdi ki,yanğınsöndürən avtomobillərdə su tükəndiyi halda ticarət obyektlərində olan su hovuzlarından istifadə edilməlidir. Ancaq ''Diqlas'' ticarət mərkəzində ümumilikdə yanğına qarşı su təchizatı olmayıb. Füzuli Əsədov qeyd etdi ki, Prezidentin ötən gün keçirdiyi müşavirədən sonra ticarət obyektlərinə nəzarət gücləndiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler