» » Paşinyandan ilk açıqlama gəldi –

Paşinyandan ilk açıqlama gəldi – İclas niyə Qarabağda oldu?

Bölmə: GÜNDƏM
Paşinyandan ilk açıqlama gəldi –




Azərbaycan ictimaiyyətinin sülhə hazırlanmasında erməni hakimiyyəti də iştirak etməlidir.

Xalqinfo.AZ xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasında çıxışı zamanı deyib.

Paşinyan çıxışı zamanı iclasın Xankəndidə keçirilməsinin simvolik və xüsusi məna daşıdığını bildirib.

“Bu Ermənistan və “dqr” münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması anlamına gəlir”, - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanda keçirilən seçkilərdə onun rəhbərlik etdiyi Mənim Addımın bloku "Qarabağ respublikası”nın subyektivlik səviyyəsini" yüksəltmək və danışıqlar prosesinə münaqişənin əsas tərəfinin cəlb olunmasını təmin etmək üçün addımlar atmağa mühüm mandat əldə edib.

“Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə ən mühüm məsələlərdən biri olub və belə də qalır”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, “dqr”in danışıqlara cəlb edilməsi kapriz deyil, bu, münaqişənin həlli prosesinin səmərəliliyi üçün vacib əhəmiyyətə malik olmasının sadə fiksasiyasıdır.

“Əvvəl danışıqlar prosesinin çevrəsi özündə bir tərəf istisna olmaqla bütün maraqı tərəfləri əhatə edirdi. Burada İlham Əliyev Azərbaycan və Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edir. Onlar Azərbaycan vətəndaşlarıdır və seçkilərdə iştirak ediblər. Deməli, İlham Əliyevin danışıqlarda iştirakı onların da iştirakını təmin edir. Ermənistan danışıqlarda Baş nazirlə, beynəlxalq ictimaiyyət isə ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında təmsil olunur. Ancaq əsas məsələ danışıqlar prosesində “Qarabağ xalqı”nı və ya bəzi hallarda deyildiyi kimi, Qarabağ ermənilərini kimin təmsil etməsidir. Danışıqlar prosesində “Qarabağ xalqı”nı təmsil etmək üçün səlahiyyət və legitimliyə sahib olan heç kim yoxdur”, - Paşinyan bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler