» » Spiker elə ilk gün deputatlara xəbərdarlıq etdi

Spiker elə ilk gün deputatlara xəbərdarlıq etdi

Bölmə: GÜNDƏM
Spiker elə ilk gün deputatlara xəbərdarlıq etdi





Bu gün Milli Məclisin növbəti-2019-cu il yaz sessiyası öz işinə başlayıb.

Xalqinfo.az xəbər verir ki, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Milli Məclis prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti yüksək səviyyədə müdafiə edib: “Belə ki, Qanunvericilik bazası möhkəmləndirilib. Hesab edirəm ki, yaz sessiyası da məhsuldar və səmərəli olacaq”.

O bildirib ki, bir çox qanun layihələri , o cümlədən, baş bazirin, ombudsmanın, bələdiyyələrlə bağlı ədliyyə nazirinin müavininin və insan alverinə qarşı milli koordinatorun hesabatı dinləniləcək.

Qeyd edək ki, spiker iclasın elə ilk balanğıcında deputatlara iradını bildirib: “Hələ sessiyaya bu gün başlamışıq. Zalda 115 nəfər var. Amma səsvermədə diqqətli deyilsiniz və iştirak etmirsiniz. Xahiş edirəm, diqqətli olun”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler