» » Zaur parodiyaçıları efirdən qovdu

Zaur parodiyaçıları efirdən qovdu

Bölmə: GÜNDƏM
Zaur parodiyaçıları efirdən qovdu





"Xəzər" telekanalında yayımlanan "5/5" verilişinin ötən gün efirə gedən buraxılışında gərgin anlar yaşanıb.


Unikal.org-un məlumatına görə, proqramda Xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olub.

Proqrama tez-tez dəvət edilən parodiyaçı Aşıq Muşqulat və Divir (Çingiz Mütəllimov və Elnur Mahmudov - red.) studiyaya gəlib.

Onlar efirdə Teymur əmiyə söz ataraq oxumağa başlayıblar. Parodiyaçıların muğam ifaçısının bir dəfə efirdə "jim" etməsini ələ salması onun xoşuna gəlməyib. Aşıq Çuşqulat və Divir "Jim eləsin Teymur əmi" oxumağa başlayıblar. Daha sonra isə Divir studiyada "jim" edib və T.Mustafayevi də ona qoşulmağa dəvət edib. İfaçı isə ona reaksiya verməməyə çalışıb.

Yenidən oxumağa başlayan parodiyaçıların mikrofununu bağlayıblar. Teymur əmi isə əsəbiləşərək onlarla mübahisə edib.

Aparıcı Zaur Kamal isə parodiyaçıları efirdən qovub və "Bir də onları efirə buraxmayın" deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler