» » Ermənistanda qar uçqununda qalan hərbçinin cəsədi tapıldı -

Ermənistanda qar uçqununda qalan hərbçinin cəsədi tapıldı - Yenilənib

Bölmə: GÜNDƏM
Ermənistanda qar uçqununda qalan hərbçinin cəsədi tapıldı -
Ermənistanda bir qrup hərbi qulluqçu qar uçqununun altında qalıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” saytına Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İnsident ötən gün Sisian şəhəri yaxınlığında qeydə alınıb. Hazırda hərbçilər uçqunun altından xilas ediliblər, lakin bir əsgəri tapmaq mümkün olmayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***

Ermənistanda Sisian şəhəri yaxınlığında qar uçqunu altında qalan hərbçinin cəsədi tapılıb.

Bu barədə müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb: “Axtarış-xilasetmə tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Ayk Karamyanın cəsədi tapılıb”.

Uçqundan xilas edilən hərbçilərin vəziyyətinin normal olduğu bildirillir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler