» » Gürcüstan iqtidarı müxalifəti dialoqa çağırır

Gürcüstan iqtidarı müxalifəti dialoqa çağırır

Bölmə: GÜNDƏM
 Gürcüstan iqtidarı müxalifəti dialoqa çağırır




Gürcüstanın seçilmiş prezidenti Salome Zurabişvili prezident seçkilərini tanımayan birləşmiş müxalifətin bəyanatına cavab olaraq qeyd edib ki, ultimatum zamanı deyil, demokratiya seçilmiş prezidentin tanınmasını tələb edir.



“Ultimatum zamanı deyil. İlk növbədə demokratiya bizim yeni bir iş rejiminə keçə bilməyimiz üçün seçilmiş prezidentin tanınmasını, bu mühiti sakitləşdirməyi, siyasi mühitin olmasını və iş rejiminə keçməyimizi tələb edir.”- deyə Salome Zurabişvili qeyd edib.


Birləşmiş müxalifət isə ikinci tur seçkilərinin nəticələrinin etibarsız sayılmasını tələb edir.


Gürcüstanın keçmiş prezidenti Georgiy Marqvelaşvili hakim siyasi komandanı müxalifətlə dialoq aparmağa çağırıb. Bu barədə prezident administrasiyasının rəhbəri Georgiy Abaşişvili Georgiy Marqvelaşviliylə və prezident seçilən Salome Zurabişviliylə görüşündən sonra jurnalistlərə bildirib. Abaşişvilinin sözlərinə əsasən dialoq müxalifətin qaldırdığı məsələlər ətrafında aparılmalıdır.


“Gürcüstanın prezidenti hakim siyasi komandanı müxalifətlə dialoq aparmağa çağırır. Dialoq müxalifətin qaldırdığı məsələlər ətrafında aparılmalıdır. Prezident bu prosesdə həm siyasi baxımdan həm də institusional baxımdan iştirak etməyə hazırdır.”- deyə Abaşişvili qeyd edib.


Tərəflər arasında görüşlərin Georgiy Marqvelaşvili tərəfindən keçirilməsi isə hələ dəqiqləşdirilməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler