» » Paşinyan Dilqəmlə Şahbazı qaytarmaq İSTƏMƏDİ

Paşinyan Dilqəmlə Şahbazı qaytarmaq İSTƏMƏDİ

Bölmə: GÜNDƏM
Paşinyan Dilqəmlə Şahbazı qaytarmaq İSTƏMƏDİ





Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında girov və əsirlərin dəyişdirilməsi barədə fikirlərini bölüşüb.



Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversant Karen Kazaryanla dəyişdirilməsinə razı olmadıqlarını deyib. O, bu barədə Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən söyləyib.



“Azərbaycan tərəfi hamını hamıya dəyişdirmək barədə plan təqdim edib. Biz buna getməliyik? Bəs ölənlərin ailəsindən soruşmusunuz? Daha iki Ramil Səfərovu qaytaraqmı? Kazaryan ailəsinin kədərini anlayıram, amma Gürcüstana gedən yolun bağlanmasını heç cürə anlamıram”.

Qeyd edək ki, Karen Kazaryanın qohumları etiraz aksiyası keçirərək yolları bağlayıblar.

Nikol Paşinyan isə Kazaryan ailəsinin etirazına münasibət bildirməli olub:


"Bu etiraz kimə qarşıdır? Əgər Azərbaycana qarşıdırsa, onda niyə yolları bağlayırsınız, yox, əgər bizə qarşıdırsa və hesab edirsinizsə ki, az diqqət göstərilir, bu, doğru deyil. Mənim həyat yoldaşım iki dəfə bu ailə ilə görüşüb, mən də görüşəcəm. Əgər hesab edirsinizsə ki, Ermənistan Kazaryanın qaytarılması üçün səyləri artırılmalıdır, o zaman anlamaq lazımdır ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır. Nəyin bahasına olursa olsun, məsələnin həllini tələb edərkən, cəmiyyətin bunu necə qarşılayacağına da baxmaq lazımdır. Azərbaycan tərəfi dəyişdirməyi təklif edir.

Biz buna getməliyikmi? Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarsaq, o zaman erməni ailələrinə necə cavab verəcəyik? Biz daha iki Ramil Səfərovu qaytaraqmı? Mən Kazaryan ailəsini anlayıram və hörmət edirəm, lakin yolları bağlamağı anlamıram. Yəni nəsə elə bir şey varmı ki, edə bilərdik, amma etmədik?”.


2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.


Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı - Elnur Hüseynzadə də girov saxlanılır?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler