Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcəkBölmə: GÜNDƏM
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb. Xalqinfo.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze oktyabrın 21-də keçirdiyi brifinqdə bildirib. O deyib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək. A.Mikeladze qeyd edib ki, ümumilikdə 3709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq. Bülletenlərin 3 milyon 252 min 800-ü prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkilər üçün nəzərdə tutulub. Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq. “Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunacaq. Bundan başqa, dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq”, - deyə mətbuat katibi vurğulayıb. A.Mikeladzenin sözlərinə görə, vahid siyahıda olan seçicilərin sayı 3 milyon 518 min 890 nəfər təşkil edir. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|