» » ABŞ-dan İrəvana ağır zərbə:

ABŞ-dan İrəvana ağır zərbə: Son nəfəsliyini də bağladı

Bölmə: GÜNDƏM
ABŞ-dan İrəvana ağır zərbə:
Ermənistan getdikcə daha da çıxılmaz vəziyyətə düşür.

Bu sözləri Axar.az-a açıqlamasında İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, ABŞ tərəfindən Ermənistanın İranla ticarət dövriyyəsinə məhdudiyyət qoyulması İrəvan üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq:

“Ermənistan hazırda yalnız İran və Gürcüstan vasitəsilə dünya ölkələri ilə əlaqə saxlaya, yaxud da ticarət mübadisəsi apara bilirdi. Ancaq ABŞ-ın İranla ticarət məsələsində Ermənistana güzəşt tətbiq etməməsi İrəvanı çıxılmaz vəziyyətdə qoyacaq. Ermənistan İrandan müəyyən dərəcə qaz idxal edir və bu qazı sonradan enerjiyə çevirib, İrana ötürür. Bunun əsasında da Ermənistanda böyük İES fəaliyyət göstərir. Bu ticarət mübadiləsi kəsilsə, Ermənistandakı böyük sənaye obyektinin fəaliyyəti də tamamilə dayanacaq. Eyni zamanda, İrandan Ermənistan vasitəsilə Gürcüstana xeyli mal daşınır. Bu tranzitin dayanması da Ermənistanın nəqliyyat sektorunu çökdürəcək. Hər iki halda Ermənistan getdikcə daha da çıxılmaz duruma düşəcək. ABŞ İrana qarşı siyasətini getdikcə sərtləşdirir və bu prosesdə İranla ticarət mübadiləsi aparan, ancaq zəif, mövqeyinin arxasında dayana bilməyən ölkələr əsas alətə çevrilir”.

Politoloq qeyd edib ki, Azərbaycan da İranla əməkdaşlıq edir, ancaq heç bir ölkə Bakıya qarşı bu cür tələblərlə çıxış etmir:

“Çünki Azərbaycan konkret addımlar atmaq iqtidarındadır və belə hallara qarşı öz mövqeyini ortaya qoya bilir. Bu mövqe isə kifayət qədər tutarlıdır. Ona görə də qlobal güclər Bakının mövqeyi ilə hesablaşırlar. Ermənistan isə belə hallarda ümumiyyətlə ortaya mövqe qoya bilmir”.

Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent İrəvanda keçirdiyi mətbuat konfransında İranla ticarət məsələsində Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcəyini açıqlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler